суббота, 19 ноября 2011 г.

1984-cü ildən başlayaraq ABŞ-ın Kaliforniya ştatında hər il keçirilən Texnologiya Əyləncə Dizayn  (TED - Technology Entertainment Design) konfranslarının birində riyaziyyat professoru Artur Benjaminin “Arthur Benjamin's formula for changing math education” adlı məruzəsi dilənilmişdir. İnternetdə üç dəqiqəlik klip formasında yerləşdirilmiş bu məruzə mənim diqqətimi cəlb etdi. Məruzədən bir neçə mülahizəni qeyd etmək istəyirəm.
  • Hal-hazırda mövcud olan  riyaziyyat üzrə orta məktəb proqramlarında əsas kimi hesab və cəbr götürülür. Bizim sonradan öyrəndiklərimiz  isə bir fənnə istiqamətləndirilir ki, bu da riyazi analizdir.  Ali məktəblərdə davam olunan bu riyaziyyat piramidasının təpəsində  riyazi analiz durur. Zənnimcə, piramidanın təpə nöqtəsində bütün məktəblilərin və ali məktəb tələbələrinin öyrənməli olduqları ehtimal və statistika olmalıdır.
  • Mən düşünürəm ki, əgər bizim məktəblərin yuxarı sinif şagirdləri, tələbələr, Amerikanın bütün vətəndaşları ehtimal nəzəriyyəsi və statistikanı bilsəydilər, biz bugünkü iqtisadi xaos vəziyyətində olmazdıq.
  • Dünya analoq formasından rəqəmsal formaya dəyişməkdədir. Riyazi təhsili də analoq formadan rəqəmsal formaya keçirməyin əsl vaxtıdır. Klassik kəsilməz riyaziyyatdan daha müasir diskret riyaziyyata keçmək lazımdır. Qeyri-müəyyənliyin, təsadüfiliyin və verilənlərin riyaziyyatına keçmək lazımdır. Bax bu ehtimal nəzəriyyəsi və statistikadır.
  • Beləliklə, bizim tələbələr riyazi analizin üsullarını öyrənməklə bərabər  onlar hökmən orta qiymətdən iki siqma meylinin nə demək olduğunu bilməlidirlər.